Menu

İranda güclü zəlzələ oldu

18.08.2014, 09:49
İranda güclü zəlzələ oldu

İranın qərb hissəsində, İraqla sərhəddə güclü zəlzələ olub.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidmət mərkəzinin mətbuat xidməti xəbər yayıb. Zəlzələnin gücü 6,2 maqnituda ilə ölçülüb.

Zəlzələnin episentri Tehran şəhərindən 480 km cənub-qərbdə yerləşən Dizful şəhərinə düşüb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələdən zərərçəkənlər haqda informasiya yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol