Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.
Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.
Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.


Şərhlər
Rusiyada imkan düşən kimi azərbaycanlıları öldürürlər.Bu o deməkdir ki,çıxın gedin bu yerlərdən.Təəssüf ki ölkəmizdə iş yeri olmadığından vətəndaşlarımız yaşamaq üçün məcbur olub genetik düşmən ölkələrə üz tuturlar.Ruslar da Qarabağda öldürə bilmədiklərini bu yolla qətl edirlər.