Menu

ABŞ kürdlərin İraqda bəndi almasına kömək edir

18.08.2014, 10:47
ABŞ kürdlərin İraqda bəndi almasına kömək edir

Birləşmiş Ştatlar İraqın şimalında hava hücumlarını artırır, kürd qüvvələrin ölkənin ən böyük bəndi almasına yardım edir.

Kürd rəsmiləri avqustun 17-də bildirib ki, peşmərgə döyüşçüləri Mosuldakı bəndin böyük hissəsinə nəzarəti bərpa edib. Öncə həmin bəndi İslam Xilafəti (İX) yaraqlıları tutmuşdu.

ABŞ ordusunun məlumatına görə, avqustun 16-da və 17-də İX yaraqlılarına doqquz hava hücumu endirilib.

Ağ Ev bildirib ki, bəndin itirilməsi xeyli sayda vətəndaşın həyatına, ABŞ əsgərləri və qurğularına təhlükə yaradar, İraq hökumətinin əhaliyə əsas xidmətləri çatdırmasını əngəlləyər. Missiyanın zaman və miqyasa görə «məhdud» olacağı da bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol