Menu

ABŞ Venesuela hərbçilərini dövlət çevrilişini tanımağa çağırıb 

29.01.2019, 20:35
ABŞ Venesuela hərbçilərini dövlət çevrilişini tanımağa çağırıb 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Venesuela hərbçilərinə və təhlükəsizlik xidmətlərinə müraciət edərək, onları ölkədə «hakimiyyət keçidini» tanımağa çağırıb.

Bu barədə jurnalistlərə ABŞ prezidentinin milli təhlkəsizlik məsələləri üzrə müşaviri Con Bolton xəbər verib. O, qeyd edib ki, söhbət hakimiyyətin dəyişməsinin «dinc, demokratik və konstitusion» prosesindən gedir.

Bolton əlavə edib ki, bu proses «müəyyən dərəcədə» artıq başlayıb və bunun təzahürü olaraq, müxalifət lideri Xuan Quaydonun Venesuelann Vaşinqtondakı hərbi attaşesi tərəfindən tanınmasını önə çəkib.

Müşavir həm də «bütün məsuliyyətli ölkələri» Quaydonu Venesuelanın legitim prezidenti kimi tanımağa çağırıb.

Şərhlər

Türk 2019-01-29 20:35:03

Bu hadisələrin arxasında ABŞ durur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol