Menu

ABŞ yeni nüvə döyüş başlıqlarının istehsalına başlayıb - «Business Insider»

30.01.2019, 08:30
ABŞ yeni nüvə döyüş başlıqlarının istehsalına başlayıb - «Business Insider»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında kiçik güclü yeni nüvə döyüş başlıqlarının istehsalına başlanıb. ABŞ Milli nüvə təhlükəsizliyi idarəsinə istinadla, bu barədə «Business Insider» nəşri yazıb.

Qeyd olunur ki, «W76-2» başlıqları «W76-1» başlıqları əsasında yaradılıb və ABŞ-ın «Trident» sualtı qayıqlarının ballistik raketlərini silahlandırmaq üçündür.

Nəşrin məlumatına görə, yeni döyüş başlıqları ABŞ HDQ-nin sərəncamına 2019-cu maliyyə ilinin sonunda veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol