Menu

Daha bir valideyn ehtiyatsızlığı - Körpənin üstünə darvaza aşdı

18.08.2014, 11:48
Daha bir valideyn ehtiyatsızlığı - Körpənin üstünə darvaza aşdı

Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi.

Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb.

Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.

Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. / "Kanal S"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol