Menu

Azərbaycanın ən çox və ən az vergi ödəyən rayonları - SİYAHI

30.01.2019, 19:58
Azərbaycanın ən çox və ən az vergi ödəyən rayonları - SİYAHI

Azərbaycanda formalaşan büdcə gəlirlərinin adambaşına düşən həcmi açıqlanıb. Fed.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən bildirir ki, 2018-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda adambaşına düşən büdcə gəlirlərinin məbləği 744,6 manatdır.

Amma ölkənin ayrı-ayrı rayon və şəhərlərində büdcə gəlirlərinin adambaşına düşən məbləği kəskin fərqlənir. Belə ki, büdcə gəlirlərinin böyük hissəsini təşkil edən paytaxt Bakıda adambaşına düşən büdcə gəlirinin məbləği 2986,3 manat təşkil edir.

Digər rayon və şəhərlərdə bu göstərici, həm Bakı şəhərindən, həm də ölkə üzrə orta göstəricidən qat-qat aşağıdır.

Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə ilk 10-luqda olan rayon və şəhərlər:

Naftalan – 415,4 manat

Sumqayıt – 263,8 manat

Şirvan – 214,5 manat

Mingəçevir – 204,8 manat

Abşeron – 194,8 manat

İmişli – 176,3 manat

Gəncə – 144,0 manat

Qəbələ - 141,7 manat

Xaçmaz – 127,7 manat

Xızı – 116,9 manat

Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə son 10-luqda olan rayon və şəhərlər:

Lerik – 25,6 manat

Yardımlı -33,4 manat

Cəlilabad – 36,0 manat

Goranboy – 41,9 manat

Masallı – 42,9 manat

Ucar – 45,1 manat

Tərtər – 46,5 manat

Gədəbəy – 49,4 manat

Zərdab – 49,4 manat

Samux – 50,2 manat

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol