Menu

Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı - Cavid Qurbanovdan açıqlama (Yeniləndi)

31.01.2019, 17:25
Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı  - Cavid Qurbanovdan açıqlama (Yeniləndi)

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.

C.Qurbanov Trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi:

“Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik".

ASC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artıralacaq: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq”.

***

"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

"Report" quruma istinadən xəbər verir ki, gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı 4 saat 15 dəqiqə təşkil edəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

Şərhlər

Şuşalı 2019-01-31 17:25:40

Cavid müəllim kişi adamdı. Konkret! O çox adama əl tutub. bilən bilir bilməyən ki ......... Allah Sizə ömr versin.

Mehdi 2019-01-31 17:25:40

Demiryollar o vaxt duzelecekki,vergi nazirliyi kimi,neqliyyat nazirliyi kimi,gomruk komitesi kimi,tehlukesizlik nazirliyi kimi hornetli prezident demiryollari qapali sehmdar cemiyyetine de babat bir el gezdirsin.Cavan seristeli temiz bir kadr da ora qoyulsa gorun qatar 140 la gedir yoxsa yox.

SUAL 2019-01-31 17:25:40

YEMƏY QATARA KFC DƏN GƏLİRDİMİ YA? BU Kİ SƏNİN OĞLUNA MƏXSUSDU İNDİ NƏ QAYURAÇUX A?

Bashirov Qarib 2019-01-31 17:25:40

Tutaqki,xarab oldu qaldı Kurdəmir çölluyundə.Yayın gunu,vaqonlarda da nəfəs almaq olmur,gərək maşın sifariş edəsən və 100 man. verəsənki,mənzil başına çatasan.Avtobus yaxşıdır,xarab olanda da duşub başqa maşına minmək olar.

Cəmşid Dərələyəzli 2019-01-31 17:25:40

Cavid müəllim neyləsə də bu bir nəticə verməyəcək. Çünki, Mövcud yollarla bu surət kəlməsi uzlaşmır. Keçmişdə kişilər atı almamış həmişə əvvəlcə axuru fikirləşiblər. Yəni Cavid müəllim, o qatarı almamışdan öncə yolları düzəltməli idi.

EJDER 2019-01-31 17:25:40

ASTA SUR QATARI AMANDI ...BAS HER TORMUZU DUMANDI...CAVID MALLIM O GUN OLSUN BU QATARDA SAATDA YUZ SEKSENLE KELBECERE GEDESEN

Yengibar 2019-01-31 17:25:40

Biletin qiyməti 10 manat, yeməyin qiyməti 5 manat!Paradoks! Biletin maya dəyəri, yatırılan investisiya hara, yeməyin dəyəri hara? Deməli, yenə korrupsiya! Yenə də Qurbanov bilet yox, YEMƏK satır! Nuş olsun, yeyin bu Dövləti!

rasim 2019-01-31 17:25:40

Ele sovet dovrunde de eyni vaxta catirdi.deyisiklik yalniz komfort vagonlardadir. demir yolunu,relsleri yenilesdirmek,muasir teleblere uygun gurasdirmag lazimdir.bax avval bu isden baslamag lazim idiz!yolun tehlukesizliyi birinci olmalidir!sovetden galán ,istifade мmudati bitmis relslerdir.

Alı 2019-01-31 17:25:40

Qatarın sürəti necə-dəyişməyib ki?Yenə 70-80 gedəcək?Boyunuza qamış ölçüm.Abırsız-abırsız, utanıb yerə girmək əvəzinə hələ də buna sürət qatarı deyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol