Menu

Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb

31.01.2019, 11:03
Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb

2018-ci ildə Gürcüstanda 3 Azərbaycan vətəndaşı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik statistik məlumatında bildirilib.

İtkin düşən Azərbaycan vətəndaşlarının 2-si sağ-salamat, digəri isə ölü tapılıb.

Digər xarici ölkə vətəndaşlarına gəlincə, ötən il Gürcüstanda 4 Rusiya, 5 Banqladeş vətəndaşı itkin düşüb. Rusiya vətəndaşlarının 2-si tapılıb, digər ikisinin isə axtarışları davam etdirilir. Banqladeş vətəndaşlarının isə hamısı sağ-salamat tapılıb.

2018-ci ildə həmçinin Yaponiya, Səudiyyə Ərəbistanı, İtaliya və Özbəkistandan olan ümumilikdə, 4 vətəndaş itkin düşüb. İtaliya və Özbəkistan vətəndaşları hələ də axtarılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol