Menu

“Google” sosial şəbəkədə istifadəçi hesablarını bağlayacaq

31.01.2019, 12:56
“Google” sosial şəbəkədə istifadəçi hesablarını bağlayacaq

“Google” şirkəti “Google+”u bağlayacaq.

Şirkət bununla bağlı hələ ötən ilin oktyabr ayında elan verib, lakin indi şirkət “Google+”un mərhələli bağlanma tarixini açıqlayıb.

Artıq aprelin 2-dən etibarən “Google+”da fərdi hesablar bağlanmağa başlayacaq. Bu vaxta qədər istifadəçilər şəxsi hesablarında olan məlumatları yükləyə biləcəklər. Lakin “Google+” hesabı bağlandıqda sonra “Google Photo”da olan fotolar silinməyəcək.

Aprelin 4-dən etibarən isə “Google+”da yeni hesab, səhifə açmaq mümkün olmayacaq. Qarşıdakı həftələrdə isə “Google+” vasitəsilə saytlara daxil olmaq mümkünsüz olacaq, yalnız “Google” işarəsi ilə giriş etmək lazım olacaq.

“Google+”un korporativ hesabları, “G Suite” isə aktiv qalacaq. “Google” yalnız “Google+”u yalnız mövcud hesabı üçün ödəniş etməyən şəxslər üçün bağlayacaq.

Onu da qeyd edək ki, “Google” sosial şəbəkəsi uğurlu olmadı və məşhurluq qazana bilmədi. Ötən il məlumatların sızma qalmaqalından sonra isə bu şəbəkəni bağlama qərarı qətiləşdi. /finans.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol