«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənub komandanı, admiral Kreyq Foller bu günlərdə Venesuela ilə qonşu Kolumbiyada görünüb.
Latın Amerikası KİV-nin məlumatına görə, Kreyq Venesuela sərhədi yaxınlığında yerləşən Kukuta şəhərində olub.
Vaşinqtonda bildiriblər ki, ABŞ öz ordusunu Kolumbiyaya göndərmir, amma bununla yanaşı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər rəsmi şəxslər təsdiqləyirlər ki, Venesuela probleminin həlli istiqamətində bütün mümkün variantları nəzərdən keçirirlər.


Şərhlər