"Fənərbağça" heyətinə daha bir futbolçu qatıb.
Qol.az-ın "NTVSpor"a istinadla yaydığı xəbərə görə, İstanbul klubu İtaliya təmsilçisi "Empoli"dən Mixa Zaytsın keçidini həll edib. Artıq Türkiyədə olan sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, "Fənərbağça" bu keçid üçün "Empoli"yə 3 milyon avro və hazırda bu komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.


Şərhlər