Menu

Fransa, Almaniya və Britaniya İranla xüsusi hesablama mexanizmi yaradıb

31.01.2019, 22:35
Fransa, Almaniya və Britaniya İranla xüsusi hesablama mexanizmi yaradıb

Fransada Almaniya və Böyük Britaniyanın iştirakı ilə İranla xüsusi maliyyə tranzaksiyaları mexanizmi qeydiyyata alınıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı Fransanın xarici işlər naziri Jan-İv Le Drian Avropa İttifaqının XİN rəhbərlərinin Buxarestdə keçirilən görüşündə deyib.

"Fransada Avropa İttifaqının iki başqa dövləti – Almaniya və Böyük Britaniyanın iştirakı ilə xüsusi tranzaksiya mexanizmi qeydiyyata alınıb. Bu alət İran tərəfindən nüvə sazişinin icrasına dəstək göstərməyə yönəlib", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol