Suriyanın şimal-şərşindəki qaçqınlar üçün düşərgədə uşaqlar, o cümlədən yeni doğulan körpələr soyuqdan və aclıqdan kütləvi halda qırılır!
«AzPolitika.info»-nun verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.
İki ay ərzində düşərgədə artıq 29 uşaq ölüb, onların əksəriyyəti isə soyudan tələf olub.
Xəbər verilir ki, son 8 həftədə Əl-Hol düşərgəsinə 23 minə yaxın ailə gəlib. Onlar Deyr-əz-Zorda yaşanan toqquşmalardan qaçan insanlardır («Röyter»).
Qeyd olunur ki, düşərgədə qaçqınların sayı faciəvi həddə qədər artıb, vəziyyət isə kritikdir. Orada əsasən, qadınlar və uşaqlar yerləşib. Onlar açıq səma altında, çadırsız və yorğansız vəziyyətdə gecələyirlər, havalar isə getdikcə soyuyur.


Şərhlər