Menu

ABŞ "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən çıxır

01.02.2019, 20:29
ABŞ "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən çıxır

Fevralın 2-dən ABŞ hökuməti "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandırır.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O, Rusiyanın müqavilənin şərtlərinə əməl etmədiyini və bunun nəticəsində iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını diqqətə çatdırıb.

“ABŞ Rusiyadan müqavilə şərtlərini pozduğunu düşündüyümüz yerdən buraxılan qanadlı raketi ləğv etməyi istəyir”, - deyə əlavə edən Ağ Ev rəsmisi bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazır olduqlarını da qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol