Menu

Şəmkirdə mağazadan 3000 manat oğurlanıb

02.02.2019, 17:05
Şəmkirdə mağazadan 3000 manat oğurlanıb

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.Musavat.com xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 1-nə keçən gecə Şəmkir şəhər ərazisindəki mağazaların birində qeydə alınıb. Həmin mağazadan 3000 manat və müşahdə kamerasının yaddaş bloku oğurlanıb.

Şəmkir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı yarmaqda şübhəli bilinən rayonun Düyərli kənd sakini A.Hümbətli saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol