Menu

Bakıda 3 qadına qarşı cibgirlik edən şəxs saxlanılıb

02.02.2019, 16:47
Bakıda 3 qadına qarşı cibgirlik edən şəxs saxlanılıb

Bakıda 3 qadına qarşı cibgirlik edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol