Menu

Şimali Makedoniyanın NATO-ya üzvlüyü rəsmiləşəcək

02.02.2019, 17:22
Şimali Makedoniyanın NATO-ya üzvlüyü rəsmiləşəcək

Fevralın 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Şimali Makedoniya Respublikasının NATO-ya üzv qəbul edilməsinə dair protokol imzalanacaq.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

“Fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının bu təşkilata qoşulmasına dair protokolu imzalayacaqlar”, - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol