Menu

"Sabah" klubu mövsümün ikinci yarısına qələbə ilə başlayıb

02.02.2019, 18:34
"Sabah" klubu mövsümün ikinci yarısına qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

"Report" xəbər verir ki, XV turun açılış matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 25-ci dəqiqəsində “Sabah”ın heyətində Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, debütantın hücumçusu Marko Deviç 47-ci dəqiqədə “Sabah”ı hesabda önə çıxarıb. 62-ci dəqiqədə isə “Zirə”nin oyunçusu Vüqar Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 20-ə yüksəldən “Sabah” 4-cü pillədəki mövqeyini qoruyub. “Zirə” isə 10 xalla sonuncu – 8-ci pillədə qalıb.

Qeyd edək ki, bu gün “Keşlə” – “Səbail” matçı da baş tutacaq. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol