Menu

Məşhur oteldə azyaşlı qız evli kişi tərəfindən zorlanıb

02.02.2019, 21:45
Məşhur oteldə azyaşlı qız evli kişi tərəfindən zorlanıb

Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən zorlanıb.Bu barədə Yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelinin otağında 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

Əldə etdiyimiz məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazıdırlar. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib. Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri gözardı edir. Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.

Şərhlər

Vahid 2019-02-02 21:45:41

Buradan iki sual rtaya çıxır: 1. Yetkinlik yaşına çatmayan qız oteldə nə gəzirdi?
2. Ata evdə qızının hara getdiyindən niyə xəbətrsiz olub?
Deməli qız otelə öz xoşu ilə gedib.əgər oteldə zor məsələsi olsa idi.orada səs çxarardı.polis elə oradaca məsələyə müdaxilə edərdi.DNK testi olmadan insanı təqsirləndirmək qanuni sayıla bilməz.

t.ədalət 2019-02-02 21:45:41

Belə haqsızlığa göz yumanlar öz namusuna da biganə olanlardır.Ölkəmizdə Qanunlar pulla alınıb-satıldıqca belə hallar çox olacaq.Binamusluğa rüşvət alıb dəstək verənlərin özü də Allahın cəzasından yayına bilməyəcək.Dəstək olduğu cinayətkarın digərinin təcavüzünə məruz qalacaq.Qanun bu nadürüstün Qazaxstanda olduğu kimi axtalanmasını tələb etməlidir!Parlament gündəliyə salınan lazımsız qanunlardansa belə məsələləri müzakirəyə çıxarmalıdır.

G M 2019-02-02 21:45:41

Bu azyaşlının Oteldə nə ölümü vardı ki

dayı 2019-02-02 21:45:41

Danaqarın Əkbərin oğlu nə olmalıdır ki? Yaqin Məzahir bunu himayə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol