Menu

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb

03.02.2019, 10:51
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb

Braziliyanın cənub-şərqində dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Globo telekanalı hadisənin verdiyi Minas-Jerays ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 93-nün şəxsiyyəti müəyyənləşdirilib. Son məlumata görə, hadisə zamanı daha 226 nəfər itkin düşüb.

Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 115 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol