Menu

"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib

03.02.2019, 18:24
"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib

"Qəbələ" futbol komandasının baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib. "Report"un oyuna ezam olunmuş Şirvan bürosunun əməkdaşının məlumatına görə, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb.

Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.

Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol