Menu

Ölkənin qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı

04.02.2019, 22:15
Ölkənin qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, fevralın 4-də qızılın qiyməti fevralın 1-i ilə müqayisədə 9,8685 manat azalaraq 1 unsiya üçün 2231,437 manat təşkil edib.

Gümüş 0,2431 manat ucuzlaşaraq 1 unsiya üçün 26,8905 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 2,448 manat artaraq 1396,04 manat, palladiumun qiyməti isə 3,927 manat artaraq 2296,7 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol