«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro Roma Papasına müraciət edərək, ölkəsində situasiyanı tənzimləmək məsələsində ondan kömək istəyib.
Bu arada isə Xuan Quaydonu müvəqqəti dövlət başçısı kimi dəstəkləyən dövlətlərin sayı artmaqdadır.
Papaya ünvanlanmış məktubun hazırda yolda olduğu və ya artıq Romaya çatdırıldığı bildirilir.
Maduronun sözlərinə görə, o, Papa Fransiskdən «dialoq yolunda ökəyə kömək üçün» bütün səyləri göstərməyi xahiş edib və «müsbət cavab» alacağına ümidlidir.
Vatikandakı mənbə danışıb ki, pontifik artıq bu barədə fikir bildirib və bu Latın Amerikası ölkəsində baş verənləri diqqətlə izləyir. Onun mövqeyi dəyişməzdir. Bundan əvvəl Fransisk Vensueladakı böhranı sülh yolu ilə tənzimləməyə çağırıb.


Şərhlər