"Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıdakı "Formula 1" yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı həftəsonu yarışlarından birinə çevrilməsinə hamılıqla şahid olduq".
"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov "Formula 1" şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib.
O, bildirib ki, hər il "Formula 1" üçün dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur: "Çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusən Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək cənab Çeyz Kerri başda olmaqla "Formula 1"də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm".
A.Rəhimovun sözlərinə görə, müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları "Formula 1"in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər: "Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və böyük məmnuniyyətlə builki Qran-pri də daxil olmaqla, daha 5 yarışa evsahibliyi etməyə hazırıq".
Qeyd edək ki, yeni müqaviləyə Azad Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.


Şərhlər
Cənab Rəhimov bir Formula-1 in marşrutuna diqqət edib?Bu marşrut boyu şəhər əhalisinə,marşrut boyu yaşayan vətəndaşlara,oradakı dövlət,özəl, iaşə,ticarət məkanlarına nə qədər zərər vurduğunu,nə qədər insanı narahat etdiyini düşünə bilirmi?ŞƏhərin nəqliyyat sisteminə nə qədər ziyan verdildiyi diqqətə alınırmı?
Bu narahatlıqlar,ziyanlar oraya dəvət etdiyiniz 5-10 turistin gəlişi ilə əvəz oluna bilərmi?
Hər bir iş görülmədən öncə analiz etmək,hesablamaq və ağıllı hərəkət etm
t
Müharibə əlillərinin müalicəsinə və mənzil tikintisinə pul tapılmır.Torpaqları işğal altında olan ölkənin idman bayramları keçirməsi özü analoqu olmayan məsələdir..
WEXSEN MENIM UCUN GURURVERICI DEYIL,SADECE ISRAFCILIQ VE KORRUPSIYADIR...ATA BALA PUL QAZANIRSINIZ.AMMA ZAMAN GELECEK KI,HESABATI SORULACAQ.BUNA WUBHEN OLMASIN,HORMETLI NAZIR...
Niyə də olsun? Millətin pulu ilə "avtoş" bayramı keçirəsən, milyonlar qazanasan, gəl bir mübahisəli də olsun? Belə məsələlərdə analoqunuz yoxdur.
Formula-1 Azərbaycana lazımsız və ağır yükd. Əvvələ bu bir neçə nəfərdən başqa heç kimi maraqlandırmır.Bu bir neçə nəfər də yalnız pul qazanmaq xatirinə!15-20 gün əhalinin rahatlığını petməkozur,nəqliyyat sistemi sıradan çıxarılır,insanları narazı salır.Bunu möhtərəm preident nəzərə almalı və bir neçə nəfərə sərf edən bu mənası şounu ləğv etməlidir.Rəhimovun bu qazanc yeri əhalinin narahatlığına səbəb olduğu,ona ayrılan vəsait ölkədəehtiyacı olan sahələrə ayrılmalıdır.
Büdcəni belə avara şeylərə sərf etmə