Qubanın Qrız kəndinin əhalisi yalnız 3 ildən bir bitən bitkilərlə faydalı duz hazırlayır.

Kəklikotunun yaşıl hissələrində 0,6%-ə qədər efir yağı var ki, onun da əsas hissəsini timol təşkil edir. Bundan başqa efir yağının tərkibində karvakrol, terpineol, borneol kimi komponentlər var. Kəklikotunun tərkibində həmçinin aşı maddələri, ursul və oleanol turşuları, flavonoidlər, mineral duzlar, dəmir, selen, bor kimi maddələr aşkar olunub.
Geniş antioksidant yığımı olduğundan, o, orqanizmi onkoloji və ürək-damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə, o, arterial təzyiqi normallaşdırma gücünə malikdir.
Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.
Kələmir bitkisi isə sadəcə Qrızda yetişir. Kəndin yaşlı sakinləri deyir ki, bu bitkini həmişə iyun-iyul aylarında, 3 ildən bir yığıblar. Onlar kələmirin orqanizm üçün çox faydalı bitki olduğunu deyirlər.


Şərhlər