«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdəki silahlı qüvvələrinin Baş komandanı Cozef Votel bəyan edib ki, Amerika ordusunun Suriyadan getməsindən sonra İŞİD ölkəyə nəzarəti bərpa edə bilər.
Onun sözlərinə görə, İŞİD-də əvvəlki kimi, kifayət qədər «güclü döyüşçü»lər var, ona görə də daim onlara cavab vermək lazımdır («Associated Press»). Komandan bildirib ki, hazırda terrorçuların nəzarəti altında Suriyanın 50 kvadrat kilometrə yaxın ərazisi var. Bundan əvvəl onlar 85 min kvadrat kilometr əraziyə nəzarət ediblər.
General onu da bildirib ki, ABŞ bölgədə iştirakını kifayət qədər saxlayacaq - İŞİD qalıqlarını məhv edəcək və bir daha onların geri qayıtmayacağına zəmanət verəcək.


Şərhlər