Menu

Fransa klubu itkin düşən futbolçunun transfer məbləğini tələb edib

06.02.2019, 20:48
Fransa klubu itkin düşən futbolçunun transfer məbləğini tələb edib

Fransanın "Nant" klubu itkin düşən Emiliano Sala üçün İngiltərənin "Kardiff Siti" komandasından 15 milyon funt sterlinq tələb edib.

"Report" BBC-yə istinadla xəbər verir ki, qarşı tərəf 29 yaşlı oyunçunun itməsi ilə bağlı istintaqın tam detallarını alana qədər Fransa təmsilçisinə pul verməyəcəyini bildirib.

Qeyd edək ki, Emiliano Sala qış transfer pəncərəsində "Nant"dan "Kardiff Siti"yə keçib və İngiltərə təmsilçisinin tarixində ən bahalı oyunçu olub. Yanvarın 21-də argentinalı oyunçunu aparan təyyarə yoxa çıxıb. Daha sonra axtarış qrupu təyyarənin qalıqlarını tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol