Menu

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

06.02.2019, 22:17
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, fevralın 6-da qızılın qiyməti fevralın 5-i ilə müqayisədə 1,1815 manat azalaraq 1 unsiya üçün 2233,749 manat təşkil edib.

Gümüş 0,1758 manat ucuzlaşaraq 1 unsiya üçün 26,8745 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 7,8115 manat azalaraq 1390,8805 manat, palladiumun qiyməti isə 16,422 manat artaraq 2342,9315 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol