Menu

Nigeriya ilə hərbi əməkdaşlıq müzakirə olunub - FOTOLAR

07.02.2019, 12:51
Nigeriya ilə hərbi əməkdaşlıq müzakirə olunub - FOTOLAR

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.

[gallery size="full" columns="4" ids="488656,488654,488655,488653"]

Şərhlər

EJDER 2019-02-07 12:51:35

BRAVO,BU ANALOQU OLMAYAN INKIWAFIMIZIN DAYANIQLI,IRELI HEREKETIDI,GEDIB NIGERIYAYADA CATIB...HERB SAHEMIZIN AQ SEYIFESIDI

Adil 2019-02-07 12:51:35

Görün nə günə qaldıq ki,Nigeriya ilə əməkdaşlıq etməyə başlayırıq.Dünynın Almaniya,İtaliya, vdigər irəlidə olan ölkələrinə əlimiz çatmadığından Nigeriya ilə əməkdşlıq etmək istəyirik.Özü də hərbi.Bu çox işlərdən xəbər vermir? ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol