Menu

Bütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldı - Sərəncam

07.02.2019, 18:51
Bütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldı - Sərəncam

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Şərhlər

yusif-1313 2019-02-07 18:51:22

Pensiyacilarin PENSİYALARİNİ 2.8 FAİZ ARTİRDİĞİ ÜCÜN HAKİMİYYƏTƏ "DƏRİN TƏŞƏKKÜRLƏR".Azərbaycanda orta pensiya məbləğinin 250azn olduğunu nəzərə alsaq bu pensioner ücün hər ay əlavə 8azn vəsaitdir.DÖVLƏTİMİZ SÜBUT EDİR Kİ O FORMULA -İ YARİŞLARİNA MİLYONLAR XƏRCLƏMƏKLƏ YANAŞİ SADƏ VƏTƏNDAŞLARİNİ DA YADDAN CİXARMİR.

Omar 2019-02-07 18:51:22

Pensiyaçılar gözləriniz aydın!Artan 2-3 manata kef eləyə bilərsiniz,Hadı canı.

Həsən-pensiyaçı 2019-02-07 18:51:22

Bəs faizi və ya qədəri niyə açıqanmır? Axı pensiyaların sığorta hissəsi ifadəsi ləğv edilmişdi.Yoxsa utanc rəqəm alındığından miqdar gizlədilib?

Pensiyaçı 2019-02-07 18:51:22

Axı pensiyalarda hissələrə ayrılmakeçən ildən lğv edilmişdi.Bu il yenidən sığorta hissəsi ankayışı haradan və niyə çıxdı? Bunda məqsəd rtım məbləğini azaltmaq deyilmi? Artım nə üçün pensiyanın ümumu məbləğinə aid edilmir? Ayıb!

Bashirov Qarib 2019-02-07 18:51:22

Pensiyaların sıgorta hissəsi deyəndə,necə başa duşək. Axı baza hissəsi ləgv edilib.Bilən varsa yazsın,pensiyanın butun məbləginə şamil edilir ya baza hissəsinə aid deyil. Faizi də yazılmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol