Menu

Venesuelanın Azərbaycanda ilk səfiri Bakıya gəlib

08.02.2019, 14:35
Venesuelanın Azərbaycanda ilk səfiri Bakıya gəlib

Venesuelanın Azərbaycanda ilk səfiri Kristofer Berroteran Bakıya gəlib.

“Report” xəbər verir ki, diplomat etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xatırladaq ki, Venesuelanın Azərbaycandakı səfirliyi ötən ilin mart ayında açılıb.

Bundan əvvəl diplomatik missiyaya müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores rəhbərlik edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol