Menu

Abşeronda kustar üsulla hazırlanmış süd məhsulları aşkarlanıb - FOTOLAR

08.02.2019, 16:03
Abşeronda kustar üsulla hazırlanmış süd məhsulları aşkarlanıb - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda reyd keçirib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mehdiabad qəsəbəsində antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan küllü miqdarda süd və süd məhsulları aşkar edilib.

Məlum olub ki, vətəndaş Nicat Həmidova məxsus REAL QRUP MMC-yə məxsus müəssisədə "Qazax" kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.

Reyd zamanı müəssisədə "Hilal su" adı altına satışa çıxarılan hazır sular da aşkarlanıb.

Qeyd edək ki, araşdırmaların yekunu olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılacağına dair qərar qəbul ediləcək.

[gallery size="full" ids="488996,488997,488998,488999,489000,489001"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol