Menu

Ukrayna ordusu qış döyüşünə hazırlaşır

19.08.2014, 12:08
Ukrayna ordusu qış döyüşünə hazırlaşır

Komandanlığı əsgərlər üçün isti paltar göndərməklə bağlı qərar qəbul edib

Ukrayna ordusu qışda müharibə etməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Ukrayna ordusunun komandanlığı "antiterror əməliyyatları" zonasında döyüşən əsgərlər üçün isti paltar göndərməklə bağlı qərar qəbul edib.

Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bu barədə yerli kanallardan birinin efirində bildirib.

"Artıq isti hərbi geyimlər hazırlanaraq test edilir. Biz qışı gözləmədən hazırlaşırıq. Əgər bizə soyuq və ya yağışlı havada döyüş əməliyyatları aparmaq lazım gələrsə, onda biz buna hazır olacağıq", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol