Menu

"Trampın bu qərarı Putinə hədiyyədir" - Hillari Klinton

08.02.2019, 21:28
"Trampın bu qərarı Putinə hədiyyədir" - Hillari Klinton

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.

Trend-in məlumatına görə, H.Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış edərkən deyib. O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil: “Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki ABŞ-ın bu addımı Moskvaya da Vaşinqtonun ardınca sazişdən çıxmaq qərarı verməyə imkan yaradıb”.

H.Klinton əlavə edib ki, sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol