Menu

ABŞ senatı Türkiyəni «Petriot»suz qoyacağı ilə hədələyir

09.02.2019, 00:47
ABŞ senatı Türkiyəni «Petriot»suz qoyacağı ilə hədələyir

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) senatı bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemi (ZRS) alması ABŞ tərəfindən cavabsız qoyulmayacaq. Bu barədə NTV telekanalı xəbər verib.

Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçirilən danışıqlardan sonra, məlum olub ki, ABŞ Türkiyəyə «Patriot» ZRS satılması barədə kontraktı ləğv edə bilər.

«Əgər Türkiyə S-400 sistemləri alarsa, o zaman «Patriot» üzrə proses başa çatmış olacaq» - deyə, Vaşinqtodan xəbər veriblər.

Bununla yanaşı, amerikalı mənbə qeyd edib ki, danışıqlar pozitiv keçib, həm də ABŞ orlusunun çıxarılmasından sonra Suriyada yaranacaq situasiya müzakirə olunub.

Xüsusilə də ABŞ Türkiyəyə vəd edib ki, Mənbicdəki təhlükəsizlik zonasına nəzarət hüququ Türkiyədə qalacaq və bölgə kürdlərin əlinə verilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol