Menu

İspaniyada iki qatar toqquşub, ölən və yaralananlar var

09.02.2019, 00:14
İspaniyada iki qatar toqquşub, ölən və yaralananlar var

İspaniyanın Kataloniya muxtar vilayətində iki şəhərətrafı qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 8-i yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən "EuropaPress" məlumat yayıb.

Bildirilir ki, qəza San-Visente-de-Kastelyet və Monresoy (Barselonanın əyalətləri) arasındakı məntəqədə baş verib.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol