Menu

"Real" "Atletiko"nu məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb

10.02.2019, 01:13
"Real" "Atletiko"nu məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol üzrə İspaniya çempionatının 23-cü turunda Madrid derbisi baş tutub.

“Report” xəbər verir ki, "Vanda Metropolitano" stadionunda keçirilən qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıb.

"Real" bu qələbə sayəsində xallarının sayını 45-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. Bu, madridlilərin Primeroda ardıcıl beşinci qələbələri olub. "Atletiko" 44 xalla üçüncü pillədə qərarlaşıb. Cədvələ 50 xal ilə "Barselona" liderlik edir.

İspaniya Primerosu. 23-cü tur

"Atletiko M" – "Real Madrid" - 1:3

Qollar: 0:1 – Kazemiro – 16, 1:1 – Qrizmann – 25, 1:2 – Ramos – 42 (pen), 1:3 – Beyl – 74

Qırmızı vərəqə: Parti, 80 ("Atletiko M")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol