Menu

Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb

10.02.2019, 02:51
Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb

İtaliyanın böyük həmkarlar ittfaqları şənbə günü, fevralın 9-da Romada çoxminlik nümayiş təşkil ediblər.

“Report” "La Repubblica" nəşrinə istinadla xəbər verir ki, aksiyada təqribən 200 min nəfər iştirak edib.

Bildirilir ki, həmkarlar ittifaqları hökuməti hazırkı iqtisadi kursu dəyişməyə çağırıblar.

Məlumata görə, tənqidə yeni təqaüd islahatları məruz qalıb. Etiraz təşkilatlarının fikrincə, bu islahatlar uzunmüddətli xarakterə malik deyil. Nümayişçilər həmçinin yoxsul və işsizlər üçün mülki gəlirlərin tətbiqindən narazıdırlar. Çünki o, yoxsulluq və işsizliklə mübarizəyə məne olur.

Daha əvvəl Fransada "sarı jiletlilər"in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol