Menu

Venesuela neft hesablarını Rusiya bankına keçirir

10.02.2019, 15:46
Venesuela neft hesablarını Rusiya bankına keçirir

Venesuela hökuməti PDVSA dövlət neft şirkətinin bank hesablarının Rusiyanın “Qazprombank”ına keçirilməsi barədə qərar verib. Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, ABŞ Venesuelanın neft ixracatından əldə etdiyi vəsaitlərin toplandığı bank hesablarını dondurub və bu hesabların bir hissəsindən müxalift lideri Xuan Quaydonun istifadə etməsi üçün imkan yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol