Menu

MİLLİ MƏCLİSİN QOCALARI: 65-dən 83-ə - SİYAHI

11.02.2019, 23:20
MİLLİ MƏCLİSİN QOCALARI: 65-dən 83-ə - SİYAHI

Azərbaycan Milli Məclisinin V çağırış deputatlarının 42-nin yaşı 65 və 65-dən yuxarıdır. “Report” xəbər verir ki, parlamentin ən yaşlı üzvləri Zeynəb Xanlarova, Ağacan Abıyev, Fəttah Heydərov və Yaqub Mahmudovdur.

Z.Xanlarovanın 83, A.Abıyevin 82, F.Heydərovun 81, Y.Mahmudovun isə 80 yaşı var.

Bu il Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Vahid Əhmədovun 72, Madər Musayevin 72, Əhliman Əmiraslanovun 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70, Şəmsəddin Hacıyev 69, Mirkazım Kazımovun 69,  Tahir Rzayevin 69, Elman Məmmədovun 69, Rasim Musabəyovun 68, Bəxtiyar Sadıqovun 68, Fəzail İbrahimlinin 68, Araz Əlizadənin 68, Eldar Quliyevin 68, Cavanşir Paşazadənin 66, Asim Mollzadənin 66, Elmira Axundovanın 66, Aqil Abbasın 66, Əli Məsimlinin 66, Gövhər Baxşəliyevanın 65, Sabir Hacıyevin 65, Rafael Hüseynovun 65, Mirzəcan Xəlilovun 65 yaşı tamam olur.

Şərhlər

azad 2019-02-11 23:20:02

bu qocalar bizi ğələcəyə apara bilməz ən yaxşı nalda kecmişə qaytarar yada qəbirə.

EJDER 2019-02-11 23:20:02

HESAB EDIREM KI,BU...QOJALARLA ANALOQU OLMAYAN INKIWAF ELEMEK ,UTOPIYADI...NAFTALIN,HALVA IYI GELIR...BUNLARDAN

Vətən OĞLU 2019-02-11 23:20:02

Hadi Rəcəblinin 72-razı deyiləm 32 ancaq ola

VƏTƏNDAŞ 2019-02-11 23:20:02

OQTAY BƏY DÜZ YAZİRSİZ.500 MANATA QƏDƏR ALAN İNSANLARIN MAAŞINI QALDİRMAQ LAZIMDİR MAAŞ DA QALXANDA 500-700 -DƏN ÇOX ALANLARİN ARTİM FAİZİ AZ OLMALİDİR.GƏLİR vergisinə də baxmaq lazımdir dovlət muəssisələrində işləyənlərin də sosial vəziyyətini fikirləşmək lazımdir.gəlir vergisini 5 ə qədər azaltmaqla sosial siğorta haqqini 3 faizdən 5 faizə qaldirilsa yaxşı olar

Seçici 2019-02-11 23:20:02

QACALAR YIĞNAĞI.

3-cü vitse ceneral 2019-02-11 23:20:02

Cəmiyyətin 75 yaşlı qocaları qəti movqesiz və cahil zurnaçılardan gərəkli deyilmi?

omar 2019-02-11 23:20:02

Yazıqlar ora seçiləndə cavan idiler,hamısı milletin derdini çəkməkdən
qocaldılar.A millət imkan verin yazıqlar evdə nəvə-nəticələrin yanında heç olmasa haqqın dergahına getsinlər,daha seçməyin yazıqdılar.

Sus 2019-02-11 23:20:02

BUNLAR 10 il bundan qabaq arxivə göndərilməli idilər.Orada oturub şapalaq çalmaqdan başqa, əllərindən heçnə gəlmir.

Qoca Molla 2019-02-11 23:20:02

Bir mənim Qoca Molla in yeri çatışmır. Əməlli başlı "Qocalar Klubudur"

Oqtay 2019-02-11 23:20:02

Bunlar oralarda nə qədər maaş almaqdan başqa ,bizneslərindən başqa hələ maaşları qədər də pensiya alırlar və hər dəfə pensiya 6% qalxanda bizim 200 manat 12 manat artır bunların 2000 isə 120 manat artır.Heç biridə demir ki bu dəfə bizə artanı verin ən az pensiya alanlarsa.Sosial ədalətdən söz gedirsə 500 manatdan cox alanların ki artmasın az alanların ki qalxsın 500 manata Cox alanlar onsuzda cox alır

oxucu 2019-02-11 23:20:02

DOM STARİKOV. O BİRİLƏRİ DEYƏ BİLMƏRƏM ANCAQ ZEYNƏB XANLAROVA BU DƏFƏKİ SEÇKİDƏ DƏ MÜTLƏQ SEÇİLSİN . 83 YAŞLI İNSAN NƏ FAYDALI İŞ GÖRƏ BİLƏR GÖRƏSƏN.ƏYƏR CAVAN YAŞLARINDA HEÇNƏ GÖRMƏYİBSƏ.ZEYNƏB XANLAROV SƏNƏTKAR KİMİ ƏVƏZOLUNMAZDIR,ANCAQ MİLLƏT VƏKİLİ KİMİ YOX.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol