Menu

“Yatanda ürəyin kabelini “tok”a taxmalıdır” - Xəstəyə süni ürək qoyan cərrah

13.02.2019, 11:44
“Yatanda ürəyin kabelini “tok”a taxmalıdır” - Xəstəyə süni ürək qoyan cərrah

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək yerləşdirilməsi əməliyyatı ilə kardiologiya sahəsində çoxdan gözlənilən hadisəni reallaşdıran Respublika Müalicəvi Diaqnostika Mərkəzi Ürək və Damar Cərrahiyyəsi Uzmanı, Ürək-damar xəstəlikləri Şöbəsinin müdiri, həkim Anar Əmrah süni ürək və bu ürəklə insanın necə yaşayacağı barədə maraqlı məlumatlar açıqlayıb.

O, ilk dəfə artıq həyatını itirmək təhlükəsi ilə üz-üzə qalan və süni ürək yerləşidirilən 55 yaşlı xəstə barədə danışıb.

- Xəstənin qidalanmasına dəyişiklik ediləcəkmi?

- Xəstə altı həftə özünə diqqət etməlidir. Qida rasionu, demək olar ki, normal insanlarla eynidir. Lakin ömür boyu qan durulaşdırıcı preparatlardan istifadə etməlidir ki, cihaz qan laxtaları ilə təmas yaratmasın.

- Bu cihaz nə vaxtsa ürəkdən çıxarılır?

- Gənc xəstələrdə ürəyin fəaliyyətini nəzərə almaqla, altı aydan sonra çıxarmaq olur. Altı ay müddətinə süni ürək təbii ürəyin fəaliyyətinə təkan verərək onun aktiv və normal fəaliyyətini təmin edirsə, cihazı çıxarırıq. Lakin yaşlı xəstələrdə bunu etmirik, çünki ürək hüceyrələri ölür. Bu səbəbdən cihaz ömür boyu ürəyin yanında qalır. Cihaz dəyişdirilmir, yalnız batareyaları dəyişdirilir. Təbii ki, minimum ehtimallar var ki, cihaz xarab olsun. ABŞ-da belə bir hal olub və cihaz dəyişdirilib.

-Gənc yaşda insanlara süni ürək qoyulması onların ailə həyatında hər hansı bir problem yarada bilərmi?

- Xeyr, heç bir problem yoxdur. Onlar hər kəs kimi ailə qura və övlad sahibi ola bilərlər.

- Həmin şəxslər ağır nəqliyyat qəzaları keçirən zaman nə baş verə bilər?

- Normal insanlara göstərilən ilkin tibbi yardım göstərilməlidir. Qəza anında ilk olaraq cihazın batareyaları yoxlanmalıdır. Əgər çıxıbsa, yerinə taxılmalıdır. Digər bütün proseslər hamı kimi davam etdirilir.

Şərhlər

oxucu 2019-02-13 11:44:21

BİR SÖZLƏ BUNA YAŞAMAQ DEMƏK OLMAZ. BAKİDA ELƏ OLUR Kİ 2-3 GÜN İŞIQ OLMUR ONDA BƏS NECƏ OLACAQ.

Lerikden Mehmmed Hesen emi 2019-02-13 11:44:21

artiq nece illerdi bunun muzakiresi gedir bizim deputatxanda, Rewad Mahmudov illerdi ozunu oldurur ki bu qanun qebul edilsin, bes neyi ve kimi gozleyirler? dunyanin 90 faiz olkesinde urey kocurmesi artiq 20-30-40 ildir qanunla tensimzlenir ve edilir, bizde hele Milli Meclisde bunu bawa duwmurler cunki hamisi oz iwlerine bawi qariwib,

Rəhman 2019-02-13 11:44:21

Anar həkimi və kollektivini təbrik edirəm. Ağlınıza zəkanıza əllərinizə sağlıq. Yeni uğurlar. Xəstənizə də şəfalar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol