Menu

Bakıda yarımçıq tikilidə kişi meyiti aşkarlanıb

13.02.2019, 23:08
Bakıda yarımçıq tikilidə kişi meyiti aşkarlanıb

 

Bakıda meyit tapılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayonun Ş.Mehdiyev küçəsi 97 ünvanında yerləşən yarımtikilidə kişi meyiti aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Baxış zamanı meyitin üzərində xəsarət və zorakılıq izləri aşkar edilməyib.

Yasamal rayon Prokurorluğunda meyitin şəxsiyyətinin və ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol