Menu

ABŞ keçmiş casusunu İrana işləməkdə ittiham etdi

14.02.2019, 02:06
ABŞ keçmiş casusunu İrana işləməkdə ittiham etdi

ABŞ hakimiyyəti Monika Uitt adlı Hərbi hava qüvvələrinin keçmiş zabitinə qarşı İran lehinə casusluq etməklə bağlı ittiham irəli sürüb.

Rəsmi Vaşinqton M.Uittin fəaliyyətini ABŞ kəşfiyyatının zabitlərinə qarşı yönəlmiş kibercasusluq əməliyyatı adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Monika Uitt 2012-ci qeyb olduqdan bu yana FTB tərəfindən axtarış elan edilib. Onun guya ingilis dilini tədris etmək üçün getdiyi Əfqanıstanda və ya Tacikistanda itdiyi söylənilir.

Əslində isə Monika Uittin Hərbi hava qüvvələrinin kəşfiyyat xidmətində qulluq etdiyi məlum olub.

ABŞ Ədliyyə nazirliyi kəşfiyyatçı qadının ideoloji səbəblərdən dolayı İrana keçdiyini və həmin ölkənin xüsusi xidmət orqanlarına bir sıra məxfi məlumatları, o cümlədən agentlərin adlarını ötürdüyünü güman edir. Bunun sayəsində onlar İran hakerlərinin hədəfinə çevriliblər.

İttiham materiallarından aydın olur ki, Monika Uitt hətta İrandan Rusiyaya köçərək, orada bir sıra informasiyaları “Wikileaks” saytına vermək istəyirmiş. Lakin bu, ona müyəssər olmayıb.

ABŞ Ədliyyə nazirinin müavini Con Demer M.Uittin öz hərəkətləri ilə ölkəni müdafiə edəcəyi barədə hərbi andını pozduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol