Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Şərhlər
ERMƏNİSTANLA MÜHARİBƏ BAŞLANACAĞI HALDA RUSİYADA (KEYFİYYƏTİ DƏ MƏLUM OLMAYAN) İSEHSAL EDİB BİZƏ SATDIĞI HƏRBİ TEXNİKALAR ÜCÜN EHTİYAT HİSSƏLƏRİ, SİLAH VƏ LAZIM OLAN VASİTƏLƏR VERİLƏCƏKMİ?.ƏLBƏTDƏ BİR MƏNALI ŞƏKİLDƏ YOX.1992-94 MÜHARİBƏ DÖVRÜ RUSİYANIN BLOKADASI YAXŞI YADIMIZDADIR.ÖZÜMÜZÜ ALDATMAYAQ QARABAĞI RUSLAR İŞĞAL EDİB VƏ BUNU DA DANMIRLAR.RUSLAR BİZİ VƏ ERMƏNİLƏRİ BUXOVDA SAXLAMAQ ÜCÜN MÜNAQİŞƏNİN HƏLL OLUNMASINA İMKAN VERMƏMƏYƏ CALIŞACAQ.PARCALA HÖKM ET RUSİYANIN ƏBƏDİ İMPERİYA SİYASƏTİDİR.
Dağlıq Qarabağ ərazisində ermənilərlə bir olub bizi qıran ölkənin ordusu ilə necə "qardaş" olmaq olar?Belə çıxır ki,yuxarılar bizimlə müharibəni kimin apardığını yaxşı anlamırlar..
Bu əməkdaşlıq bir az şübhəli deyiımi?Ermənistan Rusiya ilə əməkdaşlığdan da irəli getdiyi,Rusiyanın Ermənistanda hərbi bazası olduğu,və eyni zamanda Ermənistanın Bizimlə düşmən mövqedə olduğu halda ikinci tərəfin hərbi strateji əməkdaşlığı necə iymətləndirə bilər?Biz Qarabağ münaqöşəsinin həlli üçün digər tərəfdaş tapmamalıyıqmı və ya sərbəst olaraq öz torpaqlarımızı azad etməməliyikmi? Rusiya həmişə bu məsələdə Ermənistan tərəfdə olub.