Menu

37 yaşlı kişi intihar edib

15.02.2019, 15:44
37 yaşlı kişi intihar edib

Hacıqabul rayonunda 37 yaşlı kişi intihar edib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Sahib Saməddin oğlu Rəsulov özünü yaşadığı evin həyətində ağacdan asaraq öldürüb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol