Menu

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

15.02.2019, 19:53
İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb. "Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol