Menu

Bakı metrosunda bıçaqlanma olub

16.02.2019, 17:39
Bakı metrosunda bıçaqlanma olub

Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov məlumat verib.

Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı, soyadlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır. Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol