Menu

Sabirabad sakini armaturların altında qalaraq ölüb

17.02.2019, 19:32
Sabirabad sakini armaturların altında qalaraq ölüb

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Muğan Gəncəli kəndində 1981-ci il təvəllüdlü kənd sakini Mirzəyev İlqar Əlizadə oğlu özünə məxsus mağazada təmir işləri zamanı üzərinə armatur parçaları düşüb.

Nəticədə müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin İ.Mirzəyev xəstəxanaya çatmamış dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol