Menu

3 ay əvvəl itkin düşən kişinin meyiti transformatordan tapıldı

18.02.2019, 11:07
3 ay əvvəl itkin düşən kişinin meyiti transformatordan tapıldı

Lənkəran şəhərində itkin düşmüş şəxsin meyiti tapılıb.

Trend-in məlumatına görə, Lənkəran rayon Prokurorluğuna şəhərin Şəhidlər Xiyabanı küçəsində, əvvəllər çamaşırxana kimi istifadə olunan sexin ərazisindəki transformatordan meyit tapılması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, M.Hüseynzadə küçəsi ev 10, mənzil 4-də yaşamış, 3 ay əvvəl itkin düşmüş, 1978-ci il təvəllüdlü Musayev Cabir Nəriman oğlu həmin transformatora girib, elektrik enerjisi vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol